Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə martın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Gündüz arabir güclənən mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-3 dərəcə isti, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə martda 2-dən 3-nə keçən gecə və səhər hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gündüz əsasən dağlıq rayonlarda arabir güclənəcək.
Havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 7-12 dərəcə şaxta olacağı gözlənilir.
Hava şəraitinin qısa icmalına gəlincə isə martın 3-də ölkə ərazisində hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Modern.az