Modern.az

AMİP sədri Müsavat başqanı ilə görüşdü

AMİP sədri Müsavat başqanı ilə görüşdü

2 Mart 2012, 15:08

Azərbaycan Milli İstiqlal Partiyasının ölkənin aparıcı müxalifət partiyalarının rəhbərləri ilə görüşləri davam edir. Növbəti belə bir görüş Müsavat Partiyası rəhbərliyi ilə keçirilib. Bu barədə Modern.az-a AMİP-dən xəbər verilib.

Müsavat Partiyasının qərargahında baş tutan görüşdə AMİP-dən partiya sədri Yusif Bağırzadə, Mərkəzi Şura sədri Rəşad Bayramov, Mərkəzi Şuranın sədr müavini Nigar Əlicanlı, Müsavatdan partiya başqanı İsa Qəmbər, Məclis sədri Arzu Səmədbəyli, başqan müavini Gülağa Aslanlı iştirak ediblər.

Görüşdə AMİP və Müsavat, eləcə də ümumilikdə aparıcı müxalifət partiyaları arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq imkanları müzakirə olunub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal