Modern.az

Azərbaycanlı qızları Türkiyədə fahişəliyə cəlb edən dəstədən yeni xəbər

Azərbaycanlı qızları Türkiyədə fahişəliyə cəlb edən dəstədən yeni xəbər

2 Mart 2012, 17:05

Türkiyədə bir müddət öncə insan alverində aralarında gürcü əsilli məşhur stilist Romazzo Romanın da olduğu dəstə məhkəməyə sövq edilib.

Modern.az Türkiyənin “Sabah” qəzetinə istinadən bildirir ki, İstanbulda xaricdən maniken işləmək vədi ilə gətirilən gənc qızları zorla fahişəliyə cəlb etmək iddiası ilə həbs olunan 11 nəfər bu gün Beşiktaşdakı İstanbul məhkəməsinə sövq edilib.

İnsan alveri ilə bağlı mübarizə şöbəsinin əməkdaşları 3 gün əvvəl həyata keçirdikləri əməliyyatla aralarında məşhur stilist Romazzo Romanın da olduğu 5 xarici kökənli 11 nəfəri həbs etmişdi.

İstanbul Təhlükəsizlik İdarəsində danışdırılan şəxslərin Ukrayna, Rusiya və Azərbaycandan manken işləmək üçün gətirilən gənc qızları fahişəliyə cəlb edildiyi irəli sürülüb. Moda nümayişindən sonra modellərin pasportlarının əllərindən alındığını və Türkiyədə işlələyəcəkləri vəd edilərək daha sonra zorla fahişəliyə cəlb edilmələri iddia olunur.

Qeyd edək ki, gürcü əsilli Romazzo Roma 7 il superstar Aygün Kazımova ilə işləyib.



Romazzo Roma

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal