Martın 4-də Bakıdan bir qrup nümayəndə heyəti Dağlıq Qarabağ ərazisinə səfərə gedib. Bu barədə Modern.az-a səfərdə iştirak edən Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı məlumat verib.
O bildirib ki, Dağlıq Qarabağın Azərbaycanlı İcması tərəfindən təşkil olunan səfərdə Azərbaycan Parlament Juranalistlər Birliyinin 15-dək üzvü də iştirak edir.
Səfərə gedən nümayəndə heyətinə Azərbaycan Milli Məclisinin iki deputatı da daxildir. Bunlar Fuad Muradov və Rövşən Rzayevdir.
"Səfərlə bağlı qayıdandan sonra ictimaiyyətə daha ətraflı məlumat veriləcək”-deyə E.Eyvazlı bildirib.
Modern.az