Bu gün Rusiyada prezident seçkiləri keçirilir. Modern.az xəbər verir ki, seçkidə 5 namizəd mübarizə aparır.
Bunlar hakimiyyətin namizədi, indiki Baş nazir Vladimir Putin, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski, Kommunist Partiyasının rəhbəri Gennadi Züqanov, "Ədalətli Rusiya" partiyasından Sergey Mironov və milyarder Mixail Proxorovdur.
Qaydalara görə, 50%-dən artıq səs toplamış namizəd Rusiya prezidenti elan ediləcək. Əgər heç bir namizəd səslərin yarısından çoxunu toplaya bilməsə, birinci və ikinci yeri tutmuş namizədlər arasında ikinci tur təyin ediləcək. İkinci turda daha çox səs toplamış namizəd qalib elan olunacaq.
Seçkidə 108 milyondan çox seçici səs verəcək.
Modern.az