Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 4-də Daxili işlər orqanlarında vakant orta rəis heyəti vəzifələrində xidmətə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirilib.
Komissiyadan Modern.az-a verilən məlumata görə, nəticələr imtahan keçirilən gün saat 14:30-dan etibarən TQDK-nın internet səhifəsində yerləşdirilib və hər bir namizədin imtahan nəticələrinə dair məlumat vərəqi Daxili İşlər Nazirliyinə təqdim olunub.
Müsabiqədə iştirak etmək üçün 120 nəfərin namizədliyi qeydə alınmışdı. Onlardan hamısı imtahanda iştirak edib. Namizədlərdən 56 nəfəri müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıb. İmtahanda ən yüksək nəticə 95 bal olub.
Modern.az