İqor Popov: “Əsas prinsiplər üzərində iş ləng gedir”
ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradke (ABŞ), İqor Popov (Rusiya) və Jak For (Fransa) bu gün Bakıya gəlir. Həmsədrləri prezident İlham Əliyevin qəbul edəcəyi gözlənilir.
Dünən isə həmsədrlər Xankəndidə olublar və qondarma “DQR”-in rəhbəri Bako Saakyanla görüşüblər.
Fransalı həmsədr Jak For bu vəzifəyə təyin olunduqdan sonra ilk dəfə Dağlıq Qarabağa gəlib. Jurnalistlərlə söhbətdə Jak For deyib ki, “Qarabağ münaqişəsi barədə çox oxuyub, amma indi heç nə deyə bilməz”.
Rusiyalı həmsdər İqor Popov isə bildirib ki, son illərdə onlar münaqişənin həlli ilə bağlı əsas prinsiplər üzərində işləyiblər. “Bu işlər ləng getsə də, müəyyən irəliləyişlər var”-deyə o qeyd edib.
Amerikalı həmsdər Robert Bradke isə “Ermənistanda və Azərbaycanda seçkilər gözlənildiyi halda münqaişədə irəliləyiş əldə etmək olarmı” sualına “bu heç də o demək deyil ki işmizi dayandıracağıq” cavabını verib.
Xaqani SƏFƏROĞLU