Türkiyənin Azərbaycanla vizasız gediş-gəliş rejimi tətbiq etməsinə rəsmi Bakı cavab jesti etməyə tələsmir. Baxmayaraq ki, Azərbaycana gələn əcnəbilər arasında Türkiyə vətəndaşlari mütləq əksəriyyət təşkil edir. Azərbaycanın viza tələbləri yalnız turistik məqsədlə ölkəyə gələn türklər üçün yox, burada yatırım sahibi olan Türkiyə vətəndaşlari ücün də bürokrarik maneələrdəndir.
Bu arada isə Türkiyə viza rejimini məhdudlaşdıran yeni qaydalar tətbiq edib və bu qaydalar azərbaycanlılara da təsir edir.
Bir coxları vizasiz rejimin tətbiqini iki olkə arasındakı əməkdaşlığa əsaslı təsir edəcəyini düşünür. Bəs vizasiz rejim nəyi dəyişdirə bilər və ya dəyişdirə bilərmi?!
15 ildən artıqdır, Azərbaycanda calışan türk iş adamı, Mustaş LTD şirkətinin sahibi Cəfərəli Taşbağ deyir ki, Azərbaycanın Türkiyə ilə vizasiz rejimə kecib-kecməməyinin iş adamlarının fəaliyyətinə ciddi dəyişiklik edəcəyini gozləmir.
“İş adamları üçün vizasız rejimin tətbiqindən daha cox burada calışan xaricilər ücün oturum izni almaq şərtlərinin sadələşdirilməsi daha xeyirli olardi. Bu gün Almaniya kimi sərt viza qaydaları olan ölkədə iş adamlarına oturum alma prosesi daha sadədir, nəinki Azərbaycanda”, - türk iş adami belə deyir. Taşbağ Azərbaycanda uzun illər calışan və ciddi yatırımı olan iş adamlarına oturum izninin sadələşdirilmiş qaydalarını tətbiq etməyi doğru sayır.
“100-dən artıq adama iş yeri açan sirkət sahibini oturum izni üçün bir ay gözlətmək ədalətli deyil. Azərbaycanın müvafiq qanunvericiliyində ölkədə yatırımı olan şirkət sahiblərinə güzəştlər nəzərdə tutulmalıdır”, - deyir türk iş adamı Cəfərəli Taşbağ.
Rəsmi Baki isə hələ ki, Türkiyə ilə vizasiz rejimə keçməyə tələsmir. Azərbaycanin İstanbuldaki baş konsulu Həsən Zeynalov deyir ki, rəsmi Ankaranın Azərbaycanla viza rejiminin ləğvi ilə bağlı qərari bizimlə razılaşdırılmadan və qəfil olduğu ücün bu qərara qarşılıq verə bilməyib.
“Vizasiz rejimə kecmək mükəmməl texniki hazırlıq və təkmil bürokratik prosedur tələb edir ki, buna da Azərbaycan hələ hazır deyil. Amma ən yaxın zamanda bu qərar veriləcək”, - deyir baş konsul əlavə edib.
Türkiyənin Azərbaycanla viza rejimini aradan qaldırmasına Azərbaycanın eyni addımla cavab verməməsini tənqid edənlər olsa da, əks düşünənlər də var.
Türkiyənin Azərbaycandakı kecmiş səfiri, hazırda parlament üzvü olan Osman Faruk Loğoğlunun sozlərinə gorə, Azərbaycanın Türkiyə ilə viza rejimini davam etdirməsi ilə Azərbaycana qarşı münasibət formalaşdırmaq doqru deyil.
“Türkiyənin vizasız rejim tətbiq etdiyi olkələrin onəmli qismi eyni addımı atmayıb. Bunu bilmək lazimdir. Məsələnin digər tərəfi isə, viza rejiminin davam etdirilməsi üzündən Azərbaycana səfər edə bilməyən vətəndaşlarımız varmı məsələsidir. Azərbaycanin viza rejimini qaldırması cox gozəl olardi, amma hansısa sıxıntı üzündən bunu etməməsini də anlayışla qarşılamaq lazımdır, - deyir səfir Loğoğlu.
Türkiyənin Azərbaycanla vizasız rejimi ən azi Azərbaycan vətəndaşlarının konsulluğa müraciət və ya hava limanında viza almaqçün gozlədikləri 15-20 dəqiqəlik bürokratik və yorucu prosedurdan canını qurtarib.
Azərbaycanla vizasiz rejimin ləğv olunmasından bir müddət sonra Türkiyə hokümətinin Əcnəbilərin Türkiyədə İkamət və Səyahətləri haqqında Qanununa etdiyi düzəliş qüvvəyə minib.
Yeni düzəlişə əsasən, xarici olkə vətəndaşları 180 gün müddətində ümumilikdə 90 gündən artiq olmamaq şərti ilə Türkiyədə yaşaya bilərlər. 6 ay müddəti tamam olduqdan sonra isə həmin şəxsə yalnız 3 ay sonra Tükiyəyə gəlmək icazəsi verilir. Başqa sozlə, əgər əvvəllər rəsmi qeydiyyata düsmədən il ərzində 12 dəfə Türkiyəyə giriş-cixiş etmək mümkün olurdusa, indi bu imkan 6 dəfəyə endirilib.
Tətbiq olunmuş yeni qaydalar maddi tələbatını təmin etmək ücün bu olkəyə gələn minlərlə azərbaycanlı ücün xoşagəlməz sürpriz olub. Belə ki, Türkiyədə qeyri-leqal yolla calışan minlərlə Azərbaycan vətəndaşı var ki, onlar deportasiya təhlükəsi yaşamamaq ücün bir aydan bir sərhədi kecib olkəyə yenidən daxil olurdular.
Lakin yeni qaydalar bu sıradan olan insanlara iqtisadi baxımdan böyük zərbə sayıla bilər.
Türkiyə hökumətinin tətbiq etdiyi yeni qaydalar Azərbaycanla sərhəd bölgələrinin iş adamlarının işinə də mənfi təsirsiz ötüşməyəcək.
İğdirda fəaliyyət gostərən jurnalist Sərdar Ünsalın fikrincə, “azərbaycanlılar yalnız özləri ücün deyil, İğdir və ətraf bölgələrin yerli iş adamlari ücün daimi və sərfəli müştəri olublar. Gədiş-gəliş prosedurunun sərtləsdirilməsi yerli iş adamları ücün də boyük zərbə olacaq”, - deyir jurnalist Sərdar Ünsal.
Türk iş adamı Cəfərəli Taşbağ isə deyir ki, uzun illərdir Türkiyənin müxtəlif bölgələrindəki şirkətlərdə oturum izni almadan minlərlə Azərbaycan vətəndaşı çalışıb.
Onlar ayda bir dəfə sərhədi keçməklə ölkəyə yenidən giriş edərək deportasiyadan xilas olur və ilboyu ölkədə yaşamaq imkanı qazanırdılar. Amma qüvvəyə minən yeni dəyişiklik bu qəbildən olan insanların iş yerlərini itirməsi ilə nəticələnəcək.
“Əgər burda bir problem var idisə, hökumət niyə 20 il gozlədi, niyə özlərinə sabit iş yeri tapan insanları işindən edən qərar verdi?! Bu qədər insanın taleyi ilə oynayan bir qərar kimə lazım idi”, - deyir iş adamı.
Türkiyə və Gürcüstan hökumətləri saziş imalayaraq vətəndaşlarının qarşılıqlı şəkildə kimliklərlə səfər etməsinə imkan verilməsi barədə raziliğa gəlib. Belə görünür ki, məsələnin həll açarı Azərbaycanın Türkiyə ilə viza rejimini arada qaldıracaq qərarındadır.
Viza rejiminin aradan qaldırılması məsələsində qarşılıq görməyən rəsmi Ankara birtərəfli jestləri davam etdirmək niyyətində deyil.
Türkiyədə azərbaycanlıların ən cox çalışdıqları bolgələrdən biri də Azərbaycanla sərhəd İğdir və ona yaxın şəhərlərdir.
İğdirda calişan Zohrab Paşayev deyir ki, yeni qaydalar onun kimi qazanc dalınca Türkiyəyə gələn Azərbaycan vətəndaşlarına böyük zərbə olub.
“Biz iki dovlətdə yaşayan eyni millətin mənsubları kimi Türkiyəyə daha rahat, məsələn, Şimali Kipr vətəndaşlarına verilmiş statusla viza və oturum izni olmadan gedib-gələ biləcəyimizi gozləyirdik. Amma, Türkiyəyə gəlişimizi məhdudlaşdıran qərar verilməsini anlaya bilmirik. Gürcüstan vətəndaşları Türkiyəyə kimliklə kecə bildikləri halda, bizdən pasport tələb olunur. Bu qərardan ən cox itkini biz verəcəyik – qəpik-quruş dalinca Türkiyəyə üz tutan fəhlələr və tacirlər”, - deyir Zöhrab Paşayev.
Türkiyə parlamentinin mətbuatla əlaqələrə məsul idarə rəisi, millət vəkili Mustafa Kabakcı hesab edir ki, əcnəbilərə tətbiq edilən yeni qaydalarda türk soylu olkələrin vətəndaşlarina istisna hallar tanınmalıdır.
“Türksoylu vətəndaşlarımız bəlli bir statusa sahib olmalıdırlar. Onlar əcnəbilər kimi qəbul edilməməlidirlər”, - deyir Mustafa Kabakcı.
İlhamə Qasımlı
BBC Azərbaycanca
//www.bbc.co.uk/azeri/azerbaijan/2012/03/120308_turkey_azerbaijan_visa_analysis.shtml