Modern.az

ADP Gürcüstan prezidentini dəstəklədi

ADP Gürcüstan prezidentini dəstəklədi

Təhsil

12 Mart 2012, 17:28

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İdarə Heyəti üzvləri ölkə ictimaiyyətini narahat edən Quba hadisələrinə bir daha münasibət bildirib və bu hadisələrin əsas zəminin respublikanı əhatə edən korrupsiya, rüşvətxorluq, monopoliya siyasəti və bu fonda baş verən sosial-iqtisadi narazılqlardan kökləndiyini qeyd edib və hakimiyyəti ictimai-siyasi sistemin təkmilləşdirilməsi və ciddi islahatlar aparılması istiqamətində təxirə salınmaz addımlar atmağa çağırıb. İdarə Heyəti üzvləri Quba hadisələruinə görə məsuliyyət daşıyan məmurların cəzalandırılması əvəzinə  haqlı narazılıq ifadə edən şəxslərin həbs edilməsindən narahat olduğunu diqqətə çatdırıb və onların dərhal azadlığa buraxılmasını tələb edib.

Toplantı iştirakçıları “Azadlq” radiosunun əməkdaşı Xədicə İsmayılovaya olan təhdid və təhqirdən narahat olduğunu bildirib və bu cür təhdidləri  rejimin söz, mətbuat və fikir azadlığına qarşı uzun illərdən bəri başlatdığı repressiyya siyasətinin davamı kimi dəyərləndirib.

İdarə Heyəti üzvləri Masallıda bir qrup vətəndaşın aclıq aksiyasına başlamasından narahat olduğunu bildirib.

İdarə Heyəti üzvləri Gürcüstan prezidenti M.Saakaşvilinin Azərbaycan parlamentində demokratik cümhuriyyətin qurucularına sayğı dolu bəyanatından razı qaldıqlarını və onun Qafqazın sabitliyi və inkişafı ideyasının gerçəkləşməsinə əngəl törədən imperialist düşüncələrə qarşı Qafqaz xalqlarının birgə mübarizə aparmasının vacibliyi barədə səsləndirdiyi  ideyaları, habelə digər pozitiv mesajları dəstəklədiklərini diqqətə çatdırıb.


Modern.az

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal