Modern.az

QMİ-dən rəsmi açıqlama: “Məscidlər Qafqaz Müsəlmanları İdarəsinin balansında deyil”

QMİ-dən rəsmi açıqlama: “Məscidlər Qafqaz Müsəlmanları İdarəsinin balansında deyil”

12 Mart 2012, 18:19


Ölkə mətbuatında yayılan xəbərlərə görə, Azərbaycanda fəaliyyət göstərən məscidlər QMİ-nin balansından alınıb bələdiyyələrə veriləcək. Azərbaycan hökumətində bununla bağlı müzakirələr aparıldığı bildirilir.

Modern.az saytı məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) rəsmi münasibət öyrənib. QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova saytımıza bildirib ki,  belə bir məsələ gündəmdə yoxdur və bununla bağlı QMİ-də heç bir müzakirə aparılmır.

R.Dadaşova onu da bildirib ki, məscidlər və digər ibadət məkanları bu günədək heç bir balansda, o cümlədən, Qafqaz Müsəlmanları İdarəsinin balansında olmayıb.

”Əgər qanunvericilik səviyyəsində bu və ya digər dəyişiklik gündəmə gətirilərsə, bu zaman bütün ictimaiyyət bu barədə məlumatlı olacaq”-deyə R.Dadaşova qeyd edib.

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal