Modern.az

Prezident pnevmotik tapançadan atəş açıb

Prezident pnevmotik tapançadan atəş açıb

Təhsil

14 Mart 2012, 00:30

Modern.az xəbər verir ki, martın 12-də Prezident İlham Əliyev Masallı rayonunda səfərdə olub. Dövlət başçısı Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə 2-ci layihə çərçivəsində yenidən qurulacaq Masallı şəhər  su-kanalizasiya sisteminin təməlqoyma mərasimində iştirak edib.  

İlham Əliyev Masallı Mədəniyyyət Evində həyata keçirilən əsaslı təmir işləri ilə tanış olub. Dövlət başçısı mədəniyyət evinin əvvəlki və indiki vəziyyətini əks etdirən foto stendə baxıb. 

Masallıda olarkən Prezident Gənclər Mərkəzinin açılışında da  iştirak edib. Dövlət başçısına gənclər və idman naziri Azad Rəhimov məlumat verib ki, Gənclər Mərkəzindəki müxtəlif avadanlıqla təchiz edilən oyun zalında bir çox oyunların keçirilməsi mümkündür.
Mərkəzdəki tir otağı 2 hissədən ibarətdir. 1-ci hissədə 10 metrlik məsafədən atəş açmaq üçün pnevmotik tir otağı yaradılıb. Almaniya avadanlığının quraşdırıldığı bu otaqda pnevmotik tüfəng və pnevmotik tapançadan atəş açmaq mümkündür. Otağın 2-ci hissəsi interaktiv atıcılıq tiridir. Burada 30-a qədər müxtəlif proqramlardan istifadə etmək imkanı yaradılıb.
Prezident tir otağında pnevmotik tapançadan atəş açıb.
Mərkəzdəki kinozalda Prezident İlham Əliyev 3D formatlı filmə baxıb. Ölkə başçısı Gənclər Mərkəzindəki  multimedia kitabxanası ilə də tanış olub.

Gənclər Mərkəzi ilə tanışlıqdan sonra dövlət başçısı Masallı, Biləsuvar, Cəlilabad, Yardımlı, Lənkəran, Astara və Lerikdən olan gənclərin nümayəndələri ilə görüşüb.          

Prezident İlham Əliyev Masallıda “Masera” MMC-nin soyuducu anbar və istixana kompleksi ilə tanış olub.  Dövlət başçısına kompleksdə yetişdirilən pomidor sortları nümayiş etdirilib. Prezident İlham Əliyev orqanik gübrələrə baxıb. Azərbaycan prezidentinə gübrələnmə və suvarma sisteminin mexanizmləri nümayiş etdirilib.

“Masera” MMC-nin soyuducu anbar və istixana kompleksi ilə tanış olan Prezident İlham Əliyev Masallı rayonun sosial-iqtisadi, kənd təsərrüfatının daha da inkişaf etdirilməsi ilə bağlı müvafiq tövsiyyə və tapşırıqlarını verib.


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal