Dünyamin Xəlilov: «Mənim «Bakı Quşçuluq»a heç bir bağlılığım yoxdur»
Mətbuat «Bakı Quşçuluq» ASC-nin bir qrup səhmdarlarının narazılığı barədə məlumat yayıb. Məlumata görə, Milli Məclisin keçmiş deputatı Dünyamin Xəlilovun və Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyev səhmdarların hüquqlarını pozaraq «Bakı Quşçuluq» ASC-ni onların razılığı olmadan satışa çıxarıb.
Məsələdə adı hallanan sabiq deputat Dünyamin Xəlilovla əlaqə saxlayıb, barəsində səsləndirilən ittihamlara münasibətini öyrəndik.
«Bakı Quşçuluq» ASC ilə heç bir əlaqəsinin olmadığını deyən kemiş millət vəkili bunun 2005-ci ildən belə olduğunu dedi:
«Mən vaxtilə «Bakı Quşçuluq» ASC-nin nəzarət səhmi zərfinin 93 faizinə sahib olan «Xəzər Menecments Sistems» MMC-nin direktoru olmuşam. Parlament seçkilərinə qatıldığıma görə, rəsmi qaydada bu MMC-inin rəhbərindən getmişəm və bir daha heç bir əlaqəm, bağlılığım olmayıb. Hal-hazırda da həmin müəssisə ilə heç bir bağlılığım yoxdur. Ona görə də təəssüf edirəm ki, bəzi adamlar bunu billə-bilə adımı hallandırırlar».
Modern.az