Modern.az

Gəncədə əkilən xurma ağacları qurumağa başlayıb

Gəncədə əkilən xurma ağacları qurumağa başlayıb

15 Mart 2012, 17:51

Qış fəslində soyuqdan qorumaq üçün polietilen örtüyə bürüsələr də, xurma ağaclarının rəngi saralıb. Gəncə Yaşıllaşdırma İdarəsinin rəisi İxtiyar İsgəndərov bunun səbəbini, bitkilərin xüsusiyyəti ilə əlaqələndirir. O, qeyd edir ki, xurma ağaclarının qurumasını onlar gözləyirdilər:

“O ağaclar isti ölkələrdən gətirilib. Əkiləndən sonra həmin il quruyurlar. Sonra isə yaxın 2-3 il ərzində yenidən göyərməyə başlayırlar ki, bu da onları daha gözəl göstərir. Paytaxtda da belə olub. Dəniz kənarında əkilən xurma ağacları əkildikdən sonra quruyub və 3 ildən sonra yenidən göyərməyə başlayıb”-deyə İ.İsgəndərov bildirib.
Biologiya elmləri doktoru Zaur Hümbətov isə bildirir ki, xurma ağacları tropik ölkələrdən gətirildiyi üçün, əvvəlcə onların uyğunlaşmasını öyrənmək lazım idi. Alim bunun üçün bir neçə ağac gətirib yoxladıqdan sonra, onların kütləvi əkininə başlamağın vacibliyini bildirib. Məlumata görə, İrandan alınan xurma ağaclarının dəyəri təxminən 3 min manatdır. Gəncənin müxtəlif ərazilərində 32 belə ağac əkilib.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal