Modern.az

AZAL rəsmisi Hava Limanındakı robotlardan danışdı

AZAL rəsmisi Hava Limanındakı robotlardan danışdı

Təhsil

16 Mart 2012, 12:05

“Eurovision 2012” mahnı yarışmasının başlama vaxtına az qalır. Bakı şəhərinə minlərlə avropalı qonağın gələcəyini nəzərə alaraq, Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında gedən işlər barədə maraqlandıq. Bura ölkəyə gələcək turistlərin üzünə açılan ilk qapıdır. Hava limanında gedən işlər barədə AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli Modern.az saytına danışıb.

M.Səfərli mahnı yarışması ilə bağlı Hava Limanında tədbilər planı hazırlandığını bildirib:

“Hava Limanında yenidənqurma işləri sürətləndirilir. Aeroport kosmetik təmir olunur , terminalın qarşısında estakadalar alkaponla üzlənir, giriş qapılarının ətrafına qranit döşənir, köhnə səkilər dəyişdirilir, piyadalar üçün səkilər genişləndirilir, terminalın fasadı şüşə və alkaponla bağlanır, gediş-gəliş zallarında asmatavan yenilənir, döşəmələr təzələnir, “Duty Free” mağazalar şəbəkəsi genişlənir və modernləşir, getmə-gəlmə zallarında siqaret çəkənlər üçün kabinalar quraşdırılır, aeroportdakı avtodayanacaq genişləndirilir”.           

AZAL rəsmisi yeni toplama zallarının hazırlıq işlərinin getdiyini deyib:

“Şimal və cənub terminallarında sərnişinlər üçün əlavə olaraq dörd yeni toplama zalı yaradılır. Bunların ikisi şimal, ikisi isə cənub terminalında olacaq. Bununla bərabər, sərnişinlərin gəlmə zalları da genişləndirilir”.

Robotların nə zaman quraşdırılacağına gəldikdə M.Səfərli bunun yaxın günlərdə olacağını bildirib:

“ Təmir bitən kimi, robotlar quraşdırılacaq. Bunu tezliklə yerinə yetirəcəyik. Bu robotlar sərnişinlər təyyarəyə gedəndə, onlara “Aviasiya Təhlükəsizlik Qaydalarını” diqtə edəcək”.

Anar Kəlbiyev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal