Modern.az

Vahid Əhmədov Qubada şikayətçilər üçün qəbul günü keçirib

Vahid Əhmədov Qubada şikayətçilər üçün qəbul günü keçirib

Təhsil

16 Mart 2012, 13:50

52 saylı Quba seçki dairəsindən seçilən millət vəkili Vahid Əhmədovun seçiciləri ilə növbəti görüşü olub. Bu barədə Modern.az-a Vahid Əhmədovun qərərgahından məlumat verilib. Qərərgahdan bildirilib ki, qəbula gələnlərin  ümumi  sayı  31  nəfər  olub. Qəbul  zamanı  seçicilər deputata   müxtəlif  suallarla  müraciət  ediblər. Ən  çox qaldırılan  məsələ  mənzillə  təmin  olunma, təhsil  haqqlarının  ödənilməsində  yaranan   çətinliklər, kreditlərin  alınmasında problemlər, dağ  kəndlərinin  körpü  və  yol  məsələləri, işlə  təmin olunma  və  s. olub.

Qərərgahdan o da bildirilib ki, əvvəlki  qəbullardan fərqli  olaraq  bu  dəfə  ən  çox  qabardılan  məsələ  sosial yardımların  alınmasında  yaradılan  problemlər  olub. Deputatın qərargahından bildirilib ki, bu  məsələ  ilə  bağlı  qoyulan  sualların  heç də  hamısı  həqiqəti  əks  etdirmir, bu  da  müavinətlərin  təyin olunması  qaydalarının  əhali  tərəfindən  zəif  bilməsi  ilə  izah olunmalıdı. Qəbul  zamanı  qaldırılan vacib  məsələ rayonda yetişdirilən  alma  məhsulunun  böyük  hissəsinin  əhali  tərəfindən bu  günə  qədər  satışa  çıxara  bilməməsi olub. Camaatın  dediyinə  görə, buna əsas  səbəb  meyvənin  Rusiya  bazarlarına  aparılması  zamanı  hər
iki  tərəfdən sərhəddə yaradılan  süni  əngəlliklərdir ki, bu  da  tez bir  zamanda  öz  həllini  tapmalıdı.

Millət vəkilinin qərərgahından bildiriblər ki, Quba  rayonunun  Alekseyevka  kəndindən  gələn   dörd  nəfər  seçici rayonda  1 mart  mitinqi  zamanı hadisələrin  kəskin  məcraya  yönəlməməsi  üçün  deputatın  gördüyü praktik işlərə  görə  ona  əhali  adından  öz  minnətdarlığını bildiriblər.

V.Əhmədov qəbuldan sonra rayon  mədəniyyət  evində  Novruz bayramı  münasibəti  ilə  təşkil  olunan  ümümrayon  yığıncağında  iştirak  edərək  rayon  sakinlərini  bayram  münasibəti  ilə  təbrik edib.

Sonda  seçicilər üçün bayram  konserti  təşkil olunub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal