Modern.az

Zahid Oruc: “Bunu deputatlar da, nazirlər də bilsinlər, yoxsa...”

Zahid Oruc: “Bunu deputatlar da, nazirlər də bilsinlər, yoxsa...”

Təhsil

16 Mart 2012, 15:26

Milli Məclisin martın 16-da keçirilən iclasında Nazirlər Kabinetinin illik hesabatı dinlənillərkən bəzi maraqlı məqamlar yaşanıb.

Modern.az xəbər verir ki, müzkirələr zamanı çıxış edən deputat Zahid Oruc Azərbaycan vətəndaşlarının iqtidara olan münasibətini xarakterizə edib:

Deputat deyib ki, bu gün Azərbaycan insanlarının iqtidara isti münasibəti nə məmurların, nə deputatların fəaliyyətindıən irəli gəlir.

“Əgər onların fəaliyyətinə qalsa, çox ciddi narazılıqlar var. Sadəcə olaraq həm beynəlxalq aləmin, həm Azərbaycan insanın iqtidara xoş münasibəti Prezidentə olan münasibətdən, sevgidən qaynaqlanır. Yoxsa məmura, deputata qalsa, başqa cür ola bilər. Bunu deputatlar da, nazirlər də bilməlidirlər”.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal