Modern.az

Sabahın hava proqnozu: qar yağacaq

Sabahın hava proqnozu: qar yağacaq

Təhsil

16 Mart 2012, 15:58

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumatına görə, martın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0 dərəcəyə yaxın, gündüz 1-4 dərəcə isti olacağı gözlənilir. 
Azərbaycanın rayonlarında da martın 17-də hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bölgələrdə havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 13-18 dərəcə şaxta olacağı gözlənilir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal