Modern.az

Suriyadakı 50 azərbaycanlı

Suriyadakı 50 azərbaycanlı

Təhsil

16 Mart 2012, 17:29

Artıq bir neçə aydır ki, Suriyada qanlı hadisələr səngimək bilmir. Baş verən məlum qanlı hadisələr xarici ölkə vətəndaşlarını buradan köçməyə məcbur edib. Suriyanı tərk edən insanlar arasında Azərbaycan  vətəndaşları da var və onların təhlükəsizliyi Azərbaycanın Suriyadakı səfirliyi tərəfindən təmin olunur.

Azərbaycanın Suriyadakı səfirliyinin fəaliyyətilə bağlı Xarici İşlər Nazirliyinin  (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Modern.az-a açıqlama verib.
O, deyib ki, Azərbaycanın Suriadakı səfirliyi normal rejimdə fəaliyyət göstərir.  Nazirlik rəsmisi bildirib ki, hal-hazırda Suriyada nə qədər azərbaycanlının olduğunu təqribi rəqəmlə demək olar.

“Bəzi azərbaycanlılar var ki, səfirliyin konsulluq qeydiyyatından keçiblər, amma səfirliyin konsulluq qeydiyyatından keçməyən soydaşlarımız da var. Qeydiyyatdan keçmədikləri halda, onların ölkədə olub-olmadığını müəyyənləşdirmək çətindi. Azərbaycanın Suriyadakı səfirliyinin konsulluq qeydiyyatından keçənlər 50 nəfərdir”.

E.Abdullayev onu da bildirib ki, hər zaman səfirliyin təhlükəsizliyi  diqqət mərkəzində saxlanılır  “Azərbaycan səfirliyi tez-tez Suriyada yaşayan azərbaycanlıla tez-tez görüşür və vətəndaşlarımızın təhlükəsizlik məsələləri ilə maraqlanır”.

Mail Ağaxanov    

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal