Modern.az xəbər verir ki, Azərbaycanın “Eurovision-2012”dəki təmsilçisi Səbinə Babayevanın müsabiqə mahnısı martın 17-də təqdim olunacaq. Səbinə Babayevanın mahnısının rəsmi videosu isə martın 19-da nümayiş olunacaq. Elə həmin gün Azərbaycan təmsilçisinin rəsmi internet saytı da istifadəyə veriləcək.
Qeyd edək ki, 2008-ci ildən Milli Seçim turlarında ardıcıl iştirak edən Səbinə Babayeva fevralın 12-də keçirilən Milli Final konsertində Azərbaycanın builki “Eurovision” Mahnı Müsabiqəsində təmsilçisi seçilib.
Modern.az