Martın 16-da Azərbaycan hökuməti Milli Məclisə hesabat verib. Hesabat məruzəsi ilə Baş nazir Artur Rasizadə çıxış edib.
A.Rəsizadə deyib ki, 2011-ci ildə Azərbaycan hökuməti qarşıya qoyulan məqsədlərə çatıb.
Millət vəkilləri hesabatı müzakirə ediblər. Müzakirələrdə 26 deputat çıxış edərək müxtəlif təkliflər verib. Sonda parlament Nazirlər Kabinetinin hesabatını qəbul edib.
Hesabat 107 səslə qəbul olunub. Əleyhinə səs verən və bitərəf qalan olmayıb.
Modern.az