Lerik rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov Modern.az-a bildirib ki, dünən axşam saatlarından etibarən rayonun işıq təchizatında ciddi problemlər yaranıb. H.Məlikovun sözlərinə görə, Lerikdə şəhərin özündə yağan qarın hündürlüyü 50 sm-dən yuxarıdır, dağ kəndlərində isə bu göstərici 60 sm-dən çoxdur.
“Qar hal-hazırda yağmaqda davam edir.Gecə saatlarından başlayaraq, bütün rayon ərazisində işıq kəsilib”.
Komissiya sədri yollarda qarla bağlı hələ ki heç bir problemin yaranmadığını deyib:
“Yollarda hər hansı problem yaşanmayıb, Lənkaran-Lerik magistral yolu hazırda işləyir, həmçinin rayondan kəndlərə gedən yollarda da indiyə kimi hansısa ciddi problem qeydə alınmayıb”-deyə H.Məlikov qeyd edib.
Mail Ağaxanov