“Qubada güclü qar yağır. Rayonda qarın qalınlığı 20-25 sm-ə çatıb. Dağlıq kəndlərdə isə qarın qalınlığı yarım metrə çatıb”. Bu sözləri Modern.az saytına açıqlamasında Quba rayonundan seçilmiş millət vəkili Vahid Əhmədov deyib.
O bildirib ki, rayonda güclü qar yağmasına baxmayaraq, infrastruktur və kommunal xiidmətlərlə bağlı problem yoxdur.
“Qar yağmaqda davam edir. Buna baxmayaraq, rayonda mülayim hava şəraiti hökm sürür”- deyə deputat vurğulayıb.
Modern.az