Modern.az

Daxili İşlər Nazirrliyi Bakıdakı mitinq barədə rəsmi məlumat yaydı

Daxili İşlər Nazirrliyi Bakıdakı mitinq barədə rəsmi məlumat yaydı

17 Mart 2012, 18:39


Daxili İşlər Nazirrliyi bu gün Bakıda bir qrup gənc tərəfindən keçirilən mitinq barədə rəsmi məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumatda deyilir:
”Bu gqn özünü Gənclərin Hüquqlarını Müdafiə Komitəsi adlandıran qurum  Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib. 

Saat 15:00-dan 17.00-dək davam edən toplantıda AXCP, Müsavat,  ADP, VHP, AXP, KXCP, Ümid partiyalarının, o cümlədən bir neçə müxalif  yönümlü  gənclər təşkilatlarının  ümumi sayı təxminən 350 nəfərə qədər olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib”.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal