Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə proqurorluq orqanlarında yeni təyinatlar olub. Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin rəisi Zakir Saatov, Astara rayon prokuroru Əlixan Əliyev və Kürdəmir rayon prokuroru Nurəddin Qasımov səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar tutduqları vəzifədən azad edilərək müvafiq olaraq Astara, Kürdəmir və Samux rayon prokuroru vəzifələrinə təyin olunublar.
Baş prokurorun digər əmri ilə Fəxri Ələsgərov isə ikinci səlahiyyət müddətinə Xəzər rayon prokuroru vəzifəsinə təyin edilib. Fəxri Ələsgərov Milli Məclisin sabiq deputatı Murtuz Ələsgərovun oğludur.
Modern.az