Modern.az

Həsən bəy Zərdabi ilə bağlı təklif var

Həsən bəy Zərdabi ilə bağlı təklif var

18 Mart 2012, 16:37

Milli Məclisin deputatı Jalə Əliyeva milli mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabi ilə bağlı təklif irəli sürüb. O, Modern.az saytına deyib ki, Azərbaycanın böyük mütəfəkkiri, böyük ziyalısı, bir çox ilklərə imza atan Azərbaycan mətbuatının banisi, yaradıcısı, Şərqin böyük filosofu və hələ bir çox tərəfləri ilə tam açılmamış, tədqiq edilməmiş Həsən bəy Zərdabinin 170 illiyinin Respublika səviyyəsində təntənəli şəkildə qeyd edilməsi xahişi ilə Mədəniyyət və Turizm Nazirliyiə müraciət edib: “İstəyirik ki, bu böyük insanın yubileyi bütün Azərbaycanda qeyd edilsin. Bu, sadəcə bir nəfərin arzusu deyil, bütün Azərbaycan ziyalılarının, Azərbaycan sevənlərin, azərbaycançılıq ideyası əsasında birləşən hər bir azərbaycanlının böyük arzusudur. Zərdab rayonunda hər kəs bu yubileyin keçirilməsini istəyir. Hesab edirəm ki, bu məsələ gerçəkləşəcək”.

Modern.az

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal