Modern.az

Səbaillilərin dərdi deputata çatdırılacaq

Səbaillilərin dərdi deputata çatdırılacaq

19 Mart 2012, 11:28

29 saylı Səbail seçki dairəsindən millət vəkili seçilmiş Fuad Muradovun köməkçisi Heydər Atayev Badamdar qəsəbəsində seçicilərlə görüş keçirib

Görüşdə sakinlər onları narahat edən problemləri millət vəkilinə çatdırmağı xahiş ediblər. Sakinlərdən həm ümumi, həmm də şəxsi məsələlərlə bağlı müraciət edənlər olub.

Qəsəbədə yerləşən binaların ətrafının abadlaşdırılması, işıq dirəklərinin dəyişdirilməsi problemlərindən tutmuş su təchizatı ilə bağlı məsələlər deputat köməkçisinə çatdırılıb. Əsasən sosial məsələlərin qaldırıldığı görüşdə millət vəkilinə bunları həll etmək üçün aidiyyatı qurumlara müraciət edəcəyi deyilib.  Heydər Atayev bütün məsələlərin diqqət mərkəzində saxlanılacağını və millət vəkili Fuad Muradovun hər bir məsələ ilə ayrıca məşğul olacağını sakinlərə bildiribb.

Görüşdən sonra Səbail rayonu ərazisində yaşayan aztəminatlı ailələrə baş çəkilib. Millət vəkilinin adından Novruz bayramı münasibəti ilə təbrik edilən sakinlərə bayram sovqatı verilib.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal