Modern.az

Hava limanındakı taksi xidmətiə nəzarət sərtləşdiriləcək

Hava limanındakı taksi xidmətiə nəzarət sərtləşdiriləcək

19 Mart 2012, 11:40

Heydər Əliyev adına Beynəlxalq Hava Limanının xidmətindən istifadə edən sərnişinlər orada fəaliyyət göstərən taksi sürücülərindən narazılıq edirlər. Sərnişinlər bildirirlər ki, hava limanına düşdükdən sonra taksi sürücüləri sərnişinlərlə kobud davranır. Hərəsi bir tərəfə çəkərək öz “qiymət”lərini oxuyur.
Nəzərə alsaq ki, bir müddət sonra Azərbaycanda “Eurovision” kimi beynəlxalq müsabiqə keçiriləcək, onda turistlərin üzünə açılan ilk qapımızda – aeroportda bu cür halların müşahidə etməsi heç də xoşagələn deyil.
"Azərbaycan Hava Yolları" QSC-nin xidmət rəisi Məhərrəm Səfərli Modern.az saytına bildirib ki, bu vəziyyət bütün MDB ölkələrində hökm sürür.

“Bütün MDB ölkələrində bu vəziyyətdir. Həmin ölkələrin bir sıra aeroportlarında taksi sürücüləri hətta içəri daxil olurlar. Biz isə taksi sürücülərin içəri buraxmırıq. Orada bir xətt var ki, taksi sürücüləri həmin xətti keçə bilməzlər. Bu polisin nəzarətində olmalıdır ki, taksi sürücüləri içəri daxil olmasın”.

AZAL-ın xidmət rəisi bu məsələ ilə bağlı ciddi tədbirlər planı hazırlandığını deyib:

““Eurovision”la bağlı sözügedən məsələ ciddi diqqət mərkəzində olacaq. Tez-tez bu tədbirlər keçirilir və taksi sürücüləri terminala buraxılmır. Maşın dayanacağı ilə beynəlxalq terminal arasında dəmir çəpərlər var. Həmin çəpərdən hava limanı tərəfə keçə bilmirlər. Yarışma vaxtı isə tamamilə belə hallar olmayacaq”.

Anar Kəlbiyev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal