Modern.az

Səbinə Babayevanın "Eurovision” mahnısının klipi təqdim olunub - VİDEO

Səbinə Babayevanın "Eurovision” mahnısının klipi təqdim olunub - VİDEO

19 Mart 2012, 12:46

Modern.az saytı xəbər verir ki, Azərbaycanın  “Eurovision” Mahnı Müsabiqəsindəki təmsilçisi Səbinə Babayevanın "When the music dies" mahnısının klipi təqdim olunub.

Yarışmada oxunacaq mahnının müəllifləri İsveçli Anders Bagge, Sandra Bjurman, Stefan Örn, Johan Kronlunddur.

Mahnı sevgi fəlakəti və onun dərin ağır tәәssüratlarından bəhs edir.

"When the Music Dies" mahnısında Avropa musiqisinin son tendensiyaları ilə Azərbaycanın milli musiqisinin  sintezi var. Mahnı yazısında Azərbaycan milli musiqi alətləri-kamança, balaban, dəf və qaval zərbəli alətlərin səsi, eləcə də unikal muğam vokal ifasının elementləri istifadə olunub. Muğam partiyasını isə Alim Qasımov ifa edir.



Modern.az
Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal