Modern.az

Prezident İlham Əliyev Kosa və Keçəllə yumurta döyüşdürüb

Prezident İlham Əliyev Kosa və Keçəllə yumurta döyüşdürüb

19 Mart 2012, 16:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva martın 19-da Bakıda təşkil olunan Novruz şənliklərində iştirak ediblər.

Modern.az xəbər verir ki, dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər. Burada milli geyimli uşaqlar Azərbaycan Prezidentinə və xanımına bayram xonçası təqdim etdilər. Uşaqlar Prezident İlham Əliyevi və Mehriban Əliyevanı Novruz bayramı münasibətilə təbrik ediblər.

Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb. Dövlət başçısı bayram şənliyində nitq söyləyib.

Sonra Azərbaycan Prezidenti və xanımı Dənizkənarı Milli Parka gəliblər. Burada onları Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıb.

Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik edib, dövlət başçısı ilə yumurta döyüşdürüblər.

Prezident və xanımı aşıqların, muğam ifaçılarının çıxışlarını dinləyiblər.

Dövlət başçısına və xanımına hədiyyələr təqdim edilib.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva pəhləvanların yarışını da izləyib. Sonra pnlar Azərbaycan torpağında yetişdirilmiş məhsulların bayram şənliyi çərçivəsində təşkil edilmiş sərgisi ilə tanış olublar.

Azərbaycan Prezidenti və xanımı manqalda bişirilən kababın dadına baxıb, bayram şirniyyatları ilə çay içiblər.

Dövlət başçısı və xanımı həmçinin gənc rəssamların, modelyerlərin və el sənətkarlarının əl işlərinə tamaşa ediblər.

Burada Bahar qız Prezident İlham Əliyevə və Mehriban xanıma bayram xonçası təqdim edib.

Dənizkənarı Milli Parkda təşkil olunan bayram tədbiri zamanı Prezident İlham Əliyevə Azərbaycanda keçiriləcək 17 yaşadək qadın futbolçular arasında dünya çempionatına oyunların ilk bileti təqdim edilib.

Azərbaycan Prezidenti və xanımı 2020-ci il Yay Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı aparılan dəstək kampaniyası çərçivəsində Beynəlxalq Olimpiya Komitəsinə müraciət formasını imzalayıblar.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parkdan şəhərin mənzərəsini seyr ediblər.

Novruz bayramı münasibətilə keçirilən şənliklərdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal