Modern.az

Bakı Dövlət Universitetindən tələbələrin etirazına REAKSİYA

Bakı Dövlət Universitetindən tələbələrin etirazına REAKSİYA

Təhsil

24 Dekabr 2019, 16:16

Bakı Dövlət Universiteti (BDU) 2 saylı korpusun binasında “Pulsuz təhsil” şüarı əks olunan şəkil sosial şəbəkələrdə paylaşılıb.

 

Modern.az saytı məsələni dəqiqləşdirmək üçün Bakı Dövlət Universitetinin mətbuat katibi Pərvanə İbrahimova ilə əlaqə saxlayıb. O saytımıza açqılamasında məsələyə qısa olaraq cavab verib:

 

“Hazırda məsələ araşdırılır. Tam araşdırılandan sonra ətraflı məlumat veriləcək”

 

Xatırladaq ki, sosial şəbəkələrdə BDU-nun 2 saylı korpusunun fasadından “Pulsuz təhsil” şüarı yazılmış plakatın asıldığını əks etdirən foto yayılıb. 6-cı mərtəbənin pəncərəsindən endirilən afişa Şərqşünaslıq fakültəsinin bir qrup tələbəsi tərəfindən hazırlanıb. Həmin şüarı hazırlayan tələbələr hazırda dərslərini davam etdirir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular