Modern.az

BMT-nin Baş katibi Novruz müraciətilə çıxış edib

BMT-nin Baş katibi Novruz müraciətilə çıxış edib

20 Mart 2012, 11:09

BMT-nin Baş katibi Pan Ki Mun 21 mart Beynəlxalq Novruz Günü münasibəti ilə müraciət ünvanlayıb. Bu barədə Modern.az-a BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı məlumat verilib. Müraciətdə deyilir:


- Bu gün Novruz bəşər tarixinin mövcud olduğu min illər boyunca dünyada üç milyon insan üçün regionları və millətləri, etiqad və dilləri baharın ilk günündə təbiətin yenilənməsi münasibəti ilə birləşdirir.

Novruz ailə və dostlar, bayram təamları, rəqs və şənlik bayramıdır. Novruz bütün icmalar arasında qarşılıqlı hörmət və harmoniyaya xüsusi diqqət ayrıldığı bir gündür. Novruz təravətlilik və oyanış, sülh və rifah arzularımızın yeniləndiyi bir andır.

Hər il bu bayram dünyandakı fərqliliklərini nümayiş etdirir və bizim hər birimizi birləşdirən ortaq cəhətləri möhkəmləndirmək üçün bir şans yaradır. Məhz buna görə də Novruz bayramı bu yaxınlarda YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Bu addımın atılmasına səbəb olan birgə səylər BMT Baş Assambleyasının 21 martı Beynəlxalq Novruz Günü kimi tanımasına gətirib çıxarmışdır.

Novruzun qeyd edildiyi ərazilər də daxil olmaqla qlobal dəyişikliklər və tərəddüdlərin baş verdiyi bir vaxtda kökündə sülhə çağırışın durduğu bu günün qeyd edilməsi xüsusi əhəmiyyət daşıyır. Mənim ürəyim çətin şərtlər altında Novruzu qeyd edən icmalarladır. Bu bayram insanların taleyinin bir olması və hər kəs üçün daha yaxşı gələcəyə nail olmaq üçün çalışmalı olduğumuz haqqında bir xatırlatmadır.   

Gəlin təbiətin yenilənməsini qeyd etmək üçün səylərimizi birləşdirək və daha təhlükəsiz, dinc və ədalətli qlobal icma qurmaq üçün üzərimizə öhdəlik götürək. Novruzun və il ərzində bizim hər birimizin qarşısında duran əsas məsələ də məhz budur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal