Martın 21-də “qanuni oğru”, kriminal aləmdə xüsusi nüfuza malik, ”Masallı Mamed" kimi tanınan Məmməd İsgəndər oğlu Hüseynovun vəfatının ildönümü mərasimi keçirlib.
Modern.az-ın məlumatına görə, Masallı şəhərində keçirilən mərasim izdihamla müşayiət olunub. Yüzlərlə mərasim iştirakçısı “Masallı Mamed”in qəbirüstü abidəsini ziyarət edib.
Xatırladaq ki, “Masallı Mamed” 2011-ci il martın 20-də həbsxanada – Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisədə dünyasını dəyişib. Yaxınlarının mətbuata verdikləri məlumata görə, “Masallı Mamed”in ölümünə səbəb beyninə qan sızmasıdır.
Uzun müddət Moskvada yaşayan Məmməd Hüseynov digər azərbaycanlı “qanuni oğru” “Sabirabadlı Hikmət”in qətlə yetirilməsindən sonra onun varisi sayılırdı.
“Qanuni oğru” barədə “Masallı Mamed” adlı kitab nəşr olunub. Kitabda onun bağlı xatirələr və oğru həyatı barədə faktlar əks olunub.
Modern.az