Modern.az

“Bu gündən sonra AMEA dövlətçilik və elmin vəhdəti istiqamətində çalışacaq” - İsa Həbibbəyli

“Bu gündən sonra AMEA dövlətçilik və elmin vəhdəti istiqamətində çalışacaq” - İsa Həbibbəyli

28 Dekabr 2019, 17:31

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən illik ümumi yığıncağında Akademiyaya birinci vitse-prezidentlər seçilib.

Humanitar və ictimai elmlər üzrə birinci vitse-prezident vəzifəsinə akademik İsa Həbibbəyli, təbiət elmləri və dəqiq elmlər üzrə birinci vitse-prezident vəzifəsinə akademik İbrahim Quliyev seçilib.

 

AMEA-nın yeni seçilmiş birinci vitse-prezidenti İsa Həbibbəyli Modern.az-a açıqlamasında Akademiyanın yeni planlarından danışıb:

 

“AMEA-nın qarşısına qoyulan vəzifə Akademiyada aparılan tədqiqatların müstəqil Azərbaycan dövlətinin istehsalatdan tutmuş ideologiyaya qədər olan bütün sahələrində inkişafına kömək etməkdir. Ölkə prezidenti İlham Əliyevin apardığı siyasətə Azərbaycan alimləri konkret araşdırmaları, təklifləri, ixtiraları və kəşfləri ilə cavab verməlidirlər. Bu, bizim ölkə başçımız, dövlətimiz qarşısında borcumuzdur. Akademiya müstəqil Azərbaycan dövlətçiliyinin hədəflərinə doğru fəaliyyətini yenidən qurur. Həqiqətən də bu, yeni mərhələdir”.

 

Birinci vitse-prezident AMEA-nın prezidenti Ramiz Mehdiyev barədə bunları deyib:

 

“Ramiz Mehdiyev həm görkəmli, həm də elm xadimidir. Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etməsi Elmlər Akademiyasının fəaliyyətinin dövlət quruculuğuna, siyasətinə, Azərbaycançılıq ideallarına, İlham Əliyevin apardığı siyasətin həyata keçməsinə kömək etmək istiqamətində mühüm rol oynayır. Bu gündən sonra  AMEA dövlətçilik və elmin vəhdəti istiqamətində çalışacaq. Azərbaycan dövlətinin ideallarına xidmət etməkdən böyük Azərbaycan alimləri üçün nə ola bilər?! Uzun illər Akademiyada aparılan fundamental tədqiqatların böyük əhəmiyyətə malik olmasına baxmayaraq, cəmiyyət quruculuğuna töhfə verə bilməyib. Prezident İlham Əliyevin ölkə miqyasında apardığı  islahatlara uyğun olaraq, Akademiyada yeni islahatların aparılması Azərbaycan dövlətinin quruculuğuna, hədəflərinə doğru inkişaf etdirilməsi mərhələsi başlayır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular