Modern.az

Gürcüstan-Azərbaycan sərhəddində görünməmiş tıxac

Gürcüstan-Azərbaycan sərhəddində görünməmiş tıxac

24 Mart 2012, 22:58

Dünəndən başlayaraq Gürcüstan-Azərbaycan sərhəddində, Qırmızı Körpü keçid məntəqəsində problem yaranıb. Minlərlə maşın sərhəddə tıxacda qalıb.

Bu barədə Modern.az saytına Milli Məclisin sabiq deputatı Nazim Məmmədov məlumat verib. O, qeyd edib ki, 4 saatdan artıqdır ki, tıxacda qalıblar. Tıxacın bir ucu Gürcüstanın 7-8 kilometr içərilərindədir.

Tıxacın yaranmasının səbəbinə gəlincə, sabiq deputat bildirib ki, Azərbaycan Gömrük postunda insanların gediş-gəlişi üçün süni əngəllər yaradılıb.

Nazim Məmmədov bildirib ki, Gömrük xidməti bununla insanların bayramını qara günə döndərib: “Mən bunu heç cür başa düşə bilmirəm. Niyə belə edirlər. İnsanları bu qədər incitmək kimə lazımdır”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal