DİN-nin mətbuat xidmətinin verdiyi məlumata görə, Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən bu il aprel ayının 7-də Lənkəran şəhərində vətəndaşların qəbulu keçiriləcək. Vətəndaşların qəbulu Lənkəran rayon polis şöbəsində keçiriləcək. Həmçinin yaxın rayonlar olan Masallı, Cəlilabad, Astara, Yardımlı, Lerik sakinləri də burada qəbul olunacaq. Qəbul saat 11:00-da başlayır.
Modern.az