Modern.az

7 min əmanətçi Maliyyə Nazirliyinə müraciət edib

7 min əmanətçi Maliyyə Nazirliyinə müraciət edib

Təhsil

27 Mart 2012, 13:32


Maliyyə Nazirliyində fərdi birdəfəlik ödəmələrin verilməsi ilə bağlı yaradılmış “Qaynar xətt”ə və Nazirliyinin rəsmi internet səhifəsində fəaliyyət göstərən [email protected] ünvanına 15-18 mart tarixlərində 7 mindən çox müraciət daxil olub.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, "Qaynar xətt" xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir və onlar operativ şəkildə cavablandırılır.

Prezidentin 14 mart 2012-ci il tarixli fərmanına uyğun 1992-ci il 1 yanvar tarixinədək keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankına qoyulan əmanətlərə fərdi birdəfəlik ödəmələr veriləcək.

Fərmanın imzalanmasından dərhal sonra Maliyyə Nazirliyində “Qaynar xətt” (012 404-46-03), eyni zamanda nazirliyin rəsmi internet səhifəsində onlayn müraciət bölməsi ([email protected]) yaradılıb.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal