Modern.az

Nazirlik fermerlərin ittihamına cavab verdi

Nazirlik fermerlərin ittihamına cavab verdi

27 Mart 2012, 15:26


Son bir neçə ildə hökumət bölgələrdə kənd təsərrüfatı məhsullarının saxlama kameralarının tikintisinə başlayıb. Kənd təsərrüfatı məhsullarının itkiyə getməməsi, eləcə də bazarda qiymət artımının  qarşısını almaq məqsədilə ölkəyə gətirilən saxlama kameraları əksər fermerlərin işinə yaramır. Onlar saxlama kameralarının fərdi fermerlərin monopoliyasında olduğundan şikayət edirlər.  

Kənd Təsərrüfatı Nazirliyinin təmir tikinti və texnoloji avadanlıqları şöbəsinin müdiri Famil Camalovun sözlərinə görə, bu sahədə heç bir minopoliyadan söz gedə bilməz:
“Ötən il  rayonlarda cəmi 35 ədəd soyuducu kamera quraşdırılaraq istifadəyə verilib. Cari ilin mart ayına kimi artıq 3 ədəd kamera sifariş olunub. Həmin saxlanma kameraları bu ilin sentyabr ayına kimi tam istifadəyə veriləcək.  500 tondan-5000 ton həcmində məhsul tutumuna malik olan soyuducu kameraları hazırda  Şəmkir, Qazax, Quba, Xaçmaz, Gəncə, Zaqatala, Göyçay, Bərdə və Abşeron rayonunda istismara verilib. Sadalanan rayonlarda müraciət edən adamların tələbləri ödənilib. Hazırda kameraların sayı artırılır. Fermerlərin meyvəni xarici bazar çıxara bilməmələri və ya bazarın tələbatından artıq çıxarmaları, respublika daxilində məhsul bolluğu yaradır. Bolluq olduğundan da satıcı məhsulunu istədiyi qiymətə deyil ucuz satmağa məcbur olur. Siyasətdə ondan ibarətdir ki, bazarda bolluq olsun və qiymət artımının qarşısı alınsın.”

İqtisadcı ekspert Azər Mehtiyev isə belə hesab edir ki, saxlama kameraları ayrı-ayrı fermerlərin fərdi istifadəsinə verildiyindən xırda fermerlərin həmin kameralardan istifadə imkanları məhdudlaşır:
“Bu kameralar əksər hallarda iri təsərrüfatlı fermerlərə verilir. Xırda təsərrüfat sahiblərinə isə həmin kameralardan istifadə etmək sərf etmir və ya həmin kameralarda yer olmur. Son günlər ölkəyə az tutumlu soyuducu kameraların gətirilməsi nəzərdə tutulur. Mənə elə gəlir bu da bir nəticə verməyəcək. Çünki bizdə fermer təsərrüfatları son dərəcə xırda olduğundan fermerlər bu kameralardan qrup və ya koperasiya halında faydalana bilirlər. Fərdi adamlara verilən soyutma kameraları təbii ki, onların öz maraqlarına xidmət edir. Son nəticə də isə onların yüksək qiymət qoymasına gətirib çıxarır”.         

Gültəkin Ələsgər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal