Modern.az

Prezident MTN-in işçilərinə ali rütbə, orden və medal verdi – SİYAHI

Prezident MTN-in işçilərinə ali rütbə, orden və medal verdi – SİYAHI

27 Mart 2012, 18:58

Modern.az-ın məlumatına görə, Prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşlarına general-mayor ali hərbi rütbəsi verilib:

Çovdarov Akif Teymurxan oğlu - Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi

Həmidov Nizaməddin Baba oğlu -Maddi-texniki Təminat Baş İdarəsinin rəisi

Quliyev Teymur Rəcəb oğlu - Monitorinq Mərkəzinin rəisi.

***

Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşları təltif ediliblər:

3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə:

Rzayev Ceyhun Fərzalı oğlu - general-mayor
Mahmudov Vüqar İsa oğlu - mayor

«Vətən uğrunda» medalı ilə:

Cəfərov Mahir Sabir oğlu - mayor
Əliyev Elçin Ərsalan oğlu - polkovnik
Qasımov Vüqar Qurban oğlu - polkovnik-leytenant
Məmmədov Abdulla Əli oğlu - polkovnik-leytenant
Muradov Seymur Nurəddin oğlu - kapitan
Novruzov Azər Elşən oğlu - baş leytenant

Rəşidov Elşən Ələşrəf oğlu - baş leytenant

«İgidliyə görə» medalı ilə:

Əkbərov İsrafil Gülməmməd oğlu - baş leytenant
Hacıyev Rəhim Tarix oğlu - kapitan
Hüseynov Mübariz Əlikram oğlu - mayor
Mehdiyev Azər Söhrab oğlu - mayor
Rəsulov Rəsul Mösüm oğlu - polkovnik
Səfərli Hüseyn Rəşid oğlu - polkovnik-leytenant
Usubov Mütəllim Məhiş oğlu - polkovnik

«Hərbi xidmətlərə görə» medalı ilə:

Allahyarov Namiq Nurəli oğlu - baş leytenant
Dadaşov Əşrəf Əli İsa oğlu - polkovnik
Əliyev Bəxtiyar Cavanşir oğlu - kapitan
Nuriyev Faiq Məhrəddin oğlu - polkovnik
Pənahov Nurlan Əjdər oğlu - baş leytenant
Seyidova Aysel Miryusif qızı - baş leytenant
Şərifli Sənan Şərif oğlu - mayor.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir