Modern.az

Bakcell-dən yeni kampaniya - pulsuz CİN nömrə və Nokia C2-01 telefonu

Bakcell-dən yeni kampaniya - pulsuz CİN nömrə və Nokia C2-01 telefonu

28 Mart 2012, 12:59

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Təchizatçısı olan Bakcell şirkəti böyük məmnuniyyətlə məhdud müddəti əhatə edən yeni kampaniyanı elan edir. İndi 3G sistemini dəstəkləyən Nokia C2-01 telefonunu pulsuz ƏlaCİN /DoğmaCİN nömrə ilə birgə sərfəli qiymətə alan müştərilərimiz iyun ayının sonuna qədər şənbə və bazar günləri pulsuz şəbəkədaxili zənglərdən yararlanacaqlar.

Martın 31-dən etibarən Nokia C2-01 telefonunu istənilən Bakcell diler mağazası və ya xidmət mərkəzindən əldə etmiş xoşbəxt alıcılar ƏlaCİN və DoğmaCİN tarif paketinə qoşulub aprelin 1-dən iyunun 30-a qədər şənbə və bazar günləri ərzində pulsuz şəbəkədaxili zənglərdən yararlana biləcəklər.

Bundal əlavə, müştərilərimiz telefonu müstəsna və xüsusi qiymətə alıb pulsuz SİM kart əldə edəcək, yeni və sərfəli ƏlaCİN və DoğmaCİN tarif paketləri sayəsində 14-ə qədər həftə sonu ərzində limitsiz şəbəkədaxili zənglərdən faydalanacaqlar.

Bakcell, onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Whatsapp
Bizə yazın!
Keçid et
İran Netanyahunun evini VURDU