Modern.az

Deputat: "Ermənilər bunun ağrısını çəkəcəklər"

Deputat: "Ermənilər bunun ağrısını çəkəcəklər"

28 Mart 2012, 13:44

Ermənistanın bu cür addım atması onların növbəti siyasi aviantürasıdır. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvu, palitoloq Aydın Mirzəzadə ermənilərin Şuşanın işğalının 20-ci ildönümü günündə parad keçirmək istəyinə münasibət bildirərkən deyib.

Modern.az-a açıqlamasında A.Mirzəzadə bildirib ki, Ermənistan beynəlxalq hüquq normalarına, qonşu dövlətin ərazi bütövlüyünə hörmətsizliyini açıq şəkildə yenidən ortaya qoydu.

”Əlbəttə, bu eyni zamanda Azərbaycanın hisləri ilə kobud sürətdə oynamaqdı, bu Azərbaycan qaçqınlarının hissiyatına ciddi şəkildə toxunmaqdı. Amma Ermənistan bilməlidir ki, onun bu cür oyunlarının sonu yoxdu və Azərbaycan öz torpağlarının işğal altında qalmasına əbədi olaraq dözmək fikrində deyil. Hər halda Ermənistanın bu siyasi avantürasının ağrısını ilk növbədə Ermənistan özü çəkəcək”.

Qeyd edək ki, erməni KİV-lərinin  yaydığı məlumata görə Ermənilər mayın 9-da Şuşanın işğal edilməsinin 20 illiyilə bağlı hərbi parad keçirməyə hazırlaşırlar.  Xankəndinin mərkəzi meydanında keçiriləcək parad qondarma “DQR-in müdafiəsinin 20 illiyi”nə həsr olunub.

Mail Ağaxanov 

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal