Modern.az

Azərbaycan XİN-i “erməni paradı”na münasibət bildirdi

Azərbaycan XİN-i “erməni paradı”na münasibət bildirdi

28 Mart 2012, 15:18

Azərbaycan Xarici İşlər Nazirliyi ermənilərin Şuşanın işğalının 20-ci ildönümündə Xankəndinə parad keçirmək istəyinə münasibət bildirib.
”Bu erməni rəhbərliyinin növbəti təxribatıdır” deyə Modern.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib. 

Nazirlik rəsmisi deyib ki, belə bir təxribata al atan rəsmi İrəvan, Ermənistan rəhbərliyi münaqişənin sülh yolu ilə həlli üçün siyasi iradəsinin olmadığını göstərir.
”Bunu Ermənistan rəhbərliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ   münaqişəsinin həlli  prosesinə xələl gətirmək cəhti kimi qiymətləndirmək olar və keçirilməsi planlaşdırılan paradın həmin prosesə ziyan vurmaq məqsədi daşıdığını qeyd edirəm”.

Ermənilər mayın 9-da Şuşanın işğal edilməsinin 20 illiyii ilə bağlı hərbi parad keçirməyə hazırlaşırlar.  Xankəndinin mərkəzi meydanında keçiriləcək parad qondarma “DQR-in müdafiəsinin 20 illiyi”nə həsr olunub.

Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal