Modern.az

Rusiyaya növbəti “qaz zərbəsi”: Bakı ilə Aşqabad prinsipial razılıq eldə edib

Rusiyaya növbəti “qaz zərbəsi”: Bakı ilə Aşqabad prinsipial razılıq eldə edib

28 Mart 2012, 15:24

Türkmənistan hökumətinin nümayəndəsi qapalı danışıqlar barədə məlumat açıqlayıb

Bakı ilə Aşaqabad “Transxəzər” qaz kəmərinin tikilməsi ilə bağlı razılıq əldə ediblər. Modern.az Almaniyanın Deutsche Welle (DW) qəzetinə istinadən bildirir ki, bu barədə Türkmənistan hökümətindəki mənbə məlumat verib.

““Transxəzər” qaz kəməri ilə bağlı danışıqlar artıq aparılır və Bakı ilə Aşaqabad arasında prinsipial razılıq əldə olunub”-deyə məlumatda vurğulanır. İnformasiyaya görə, yüksək rütbəli məmur qeyd edib ki, indiyə qədər problem Xəzər dənizinin statusunun həll olunmamasıdır. Rusiya məhz bu amildən istifadə edərək Avropa Birliyinin, Azərbaycanın və Türkmənistanın planlarına mane olur. O vurğulayıb ki, Avropa Birliyi prosesə mane olmaq üçün Moskvaya təzyiq etməlidir.

“Transxəzər” layihəsi türkmən qazının Xəzər üzərindən Azərbaycana, oradan Türkiyəyə çıxarmaqla Avropaya nəql etmək planıdır. Bunun üçün dənizin dibi ilə 300 kilometrlik kəmər çəkilməsi nəzərdə tutulub.

X. SƏFƏROĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal