Modern.az

Qabil Hüseynli: “Minsk Qrupu erməni həyasızlığını sığortalamaqla məşğuldur”

Qabil Hüseynli: “Minsk Qrupu erməni həyasızlığını sığortalamaqla məşğuldur”

Təhsil

29 Mart 2012, 12:09

“Azərbaycanın  işğal olunmuş Kəlbəcər və Laçın rayonlarının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesindən çıxarılırması nəinki mümkün deyil, hətta gülünc bir iddiadır”. Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan prezidentinin Dağlıq Qarabağ danışıqları üzrə keçmiş nümayəndəsi, politoloq  Qabil Hüseynli həmsdərlərin belə təklifi ilə bağlı informasiyanı şərh edərkən bildirib.

Onun sözlərinə görə,  ATƏT-in Minsk Qrupu getdikcə erməni həyasızlıqlarını siyasi cəhətdən sığortalamaqla məşğuldur. “Bu necə  ola bilər ki, biz ərazi bütövlüyümüz uğrunda mübarizə aparırıq,  Dağlıq Qarabağ müstəqilliyini elan edib və buna “milli azadlıq hərəkatının” nəticəsi kimi baxır. Onlar barədə öz milli muqəddəratını təyin etmək hüququna malik olduğlarını söyləyirlər, üstəgəl Laçınla, Kəlbəcəri nizamnamə prosesindən kənarda saxlamaq istəyirlər. Bu proses tamamilə ATƏT-in ilkin variantda irəli sürdüyü  və bizi qane etməyən 5+2 variantından tamamilə geri çəkilmədir”. 
Politoloqun sözlərinə görə, əgər onlar 5 rayonu azad edib 2 rayonun taleyini Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsilə bir vaxtda saxlamaq istəyirlərsə, bəlkə də bunun ətrafında danışıqlar aparmaq olar.
“Amma bütövlükdə danışıqlar prosesinin o kontekstdən çıxarılması Kəlbəcər və Laçın  üzərində Ermənistanın iddialarının bünövrəsini qoymaq deməkdir.  Bu məsələyə qətiyən yol vermək olmaz və bu absurd bir iddiadır. Bu ATƏT-in Minsk Qurupunun bir daha səmərəsizliyini subut edən bir faktdır”.

Q. Hüseynli bildirib ki, Azərbaycan öz torpaqlarını başqasına verməyəcək. “Azərbaycan hələki dözür, məsələlərin siyasi yolla aparılmasına  razılıq verir. Son Soçi görüşündə  Azərbaycan prosesin nizamlanması ilə bağlı  öz baxışlarını yazılı şəkildə təklif edib.  İndi əgər kimsə yeni bir müddəalar  irəli çıxarırsa, bu tamamilə gülünc bir iddialardır. Azərbaycan  belə təklifii  rədd edəcək”-deyə Q. Hüseynli vurğulayıb.

Mail Ağaxanov

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal