Modern.az

Daxili İşlər Nazirliyi işçi axtarır

Daxili İşlər Nazirliyi işçi axtarır

29 Mart 2012, 13:58

Daxili İşlər Nazirliyi Çevik Polis Alayında vakant olan kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edib. Nazirliyin mətbuat xidmətindən Modern.az verilən məlumata görə, müsabiqədə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət müddətini tam başa vuran, yaşı 20-dən az, 30-dan çox olmayan, boyu 175 santimetrdən (qızlar üçün 170 sm) yuxarı olan düzgün bədən quruluşlu və idman cüssəli, cinayət törətdiyinə görə əvvəllər məhkum edilməyən, tam orta və ya orta ixtisas və ya ali təhsilli, dövlət dilini sərbəst bilən, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Şərtlərə uyğun gələn, müsabiqədə iştirak etmək arzusu olan şəxslər 2012-ci il aprel ayının 2-dən iyun ayının 1-dək hər gün (şənbə və bazar günlərindən başqa) saat 10-dan 17-dək Çevik Polis Alayına (Bakı şəhəri Nobel qardaşları prospekti 69) ərizə ilə müraciət etməli və aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
- Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini;
- təhsil haqqında sənədin əslini;
- hərbi bileti (kişilər üçün);
- əmək kitabçasını.

Namizədlərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq. Müsabiqənin qalibləri Daxili İşlər Nazirliyinin Seçim Komissiyası tərəfindən aparılan müsahibə nəticəsində müəyyən olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi