Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Amerika Birləşmiş Ştatlarına (ABŞ) dəvət olunması ilə bağlı mətbuatda gedən məlumatlara aydınlıq gətirib. Məsələyə münasibət bildirən KXCP-nın sədri Mirmahmud Mirəlioğlu Modern.az-a bu barədə danışmaq istəmədiyini deyib. “Ona görə ki, bir sıra məsələlər var ki, onlar müzakirə olunub, hələ qərarlaşmayıb. Bəzi texniki məsələlər hələ həllini tapmayıb. Həllini tapmayan məsələ barəsində danışmaq doğru deyil”-deyə partiya sədri bildirib.
Modern.az