Modern.az

Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

30 Mart 2012, 13:15

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Arabir güclənən cənub-qərb, qərb küləyi, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. 
Martın 31-də havanın temperaturunun gecə 4-7 dərəcə isti, gündüz 17-20 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında da martın 31-də hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. 
Havanın temperaturu gecə 3-7 dərəcə isti, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti təşkil edəcək. 
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 5-10 dərəcə şaxta olacağı gözlənilir.

  Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal