Modern.az

“Xırdalan” brendi ilə “Eurovision-2012” müsabiqəsinə bilet qazan!

“Xırdalan” brendi ilə “Eurovision-2012” müsabiqəsinə bilet qazan!

30 Mart 2012, 15:04


Modern.az
xəbər verir ki, “Eurovisio-2012” müsabiqəsinin rəsmi tərəfdaşı kimi çıxış edən “Baltika-Bakı” şirkəti “Xırdalan” brendinin “Eurovision-a bilet qazan” aksiyasının başlanmasını elan edib. Aksiya müsabiqənin finalına – 26 may 2012-ci il tarixinədək davam edəcək.

Biletlər və digər qiymətli mükafatlar uğrunda yarışmada iştirak etmək üçün 1,5 litrlik, 0,5 litrlik şüşələrdə “Xırdalan Draft” və ya “Xırdalan” pivəsini əldə etmək və qapağın altına baxmaq lazımdır. Üzərində “Eurovision” yazısı olan işarə biletin udulduğunu göstərir, 6 rəqəmli kod, 50 qəpik və ya 1 manat isə mobil telefon balansını bu məbləğdə artırmağa imkan verir. Bu kodu 8808 nömrəsinə göndərməklə abonent avtomatik olaraq balansını artırmış olur.

Promo-aksiya barədə əlavə suallar yarandığı halda zənglər Azərbaycanda (012) 555 15 99 nömrəsində qəbul ediləcək.

1969-cu ildə istismara verilmiş pivə istehsalı zavodu “Bakı-Pivə” istehsalat birliynə məxsus idi və SSRİ-nin altı ən iri pivə istehsalı müəssisəlrdən biri idi. 1997-ci ildə zavod “Group Castel” fransız konserninin idarəçiliynə keçib. 2008-ci ilin mayında “Baltika” şirkəti və Brasseries İnternationales Holding (Eastern) Ltd (BİH Eastern) Xırdalandakı pivə zavodunun alışı barədə razılaşma imzalayıblar. Saziş Aəzrbaycanın antiinhisar orqanları tərəfindən təqdir edildikdən sonra zavod “Baltika” şirkətinin tərkibinə daxil olub. 2009-cu ilin may ayında “Baltika-Bakı” zavodu rekonstruksiyadan sonra açılıb. “Baltika-Bakı” şirkətinin məhsulları Azərbaycan bazarının 75%-ə qədərini təşkil edir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal