Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, 1 aprel tarixindən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlanacaq.
Modern.az-ın verdiyi xəbərə görə, bir ay davam edəcək çağırış zamanı minlərlə gənc hərbi xidmətə yola düşəcək. Sərəncama əsasən, 1994-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1977-1993-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2012-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.