Tarixi Azərbaycan torpaqlarının nadir incilərindən olan Urmu gölünun quruması fəlakət həddinə çatıb. Ancaq İran hakimiyyəti gölə əlavə su ehtiyatlarının axıdılması ilə bağlı tədbir görmək əvəzinə, bu vəziyyətlə barışmış kimi görünür.
Güney Azərbaycan mənbələrindən Modern.az-a verilən məlumata görə, artıq dövlət televiziyalarında Urmu gölü İran xəritəsində göstərilmir.
“Konkret olaraq, 31 mart 2012 tarixdə İranın birinci kanalında saat 21.00 xəbərlərinin hava durumu bölümündə, İran xəritəsində Urmu gölünün xəritədən çıxarılmasının şahidi olduq” –deyə, mənbə bildirir.
Modern.az