Modern.az

QAT parlament qarşısında aksiya keçirməyə hazırlaşır

QAT parlament qarşısında aksiya keçirməyə hazırlaşır

Təhsil

2 Aprel 2012, 12:05

Avronest Parlament Assambleyasının Bakıda keçirilən 2-ci sessiyasında iştirak etmək üçün Bakıya gələn Ermənistan parlamentinin 8 deputatının səfərinə etiraz olaraq Qarabağ Azadlıq Təşkilatı (QAT) aksiya keçirəcək. Bu barədə Modern.az-a QAT-nın sədri Akif Nağı məlumat verib.

A.Nağı hazırda QAT-nın  üzvləri ilə bilikdə Kəlbəcərin işğalının 19-cu ildönümü ilə əlaqadar Şəhidlər xiyabanını ziyarət etdiklərini deyib: “Ermənistan parlament nümayəndələrinin Bakıya gəlməsinə etiraz olaraq aksiya keçirmək fikrimiz var. Amma buna baxmayaraq iclasın keçirildiyi  Milli Məclisin ətrafı çoxlu sayda polislərlə əhatə olunub. Bu saatlarda hansısa aksiya keçirmək mümkün deyil. Amma biz yenə öz cəhdimizi göstərərik”-deyə A.Nağı vurğulayıb.

Mail Ağaxanov    

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal